- Transfer
- 23:58 21.04.2026
“Bavariya”nın icarəyə götürdüyü hücumçu Nikolas Ceksonun hüquqlarını "Çelsi"dən ala bilər.
90deqiqe.Az-ın məlumatına görə, Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompani seneqallı futbolçunun son dövrlərdəki davranışından və performansından məmnundur. Belçikalı mütəxəssis forvardı komandanın tərkibində saxlamağa hazırdır.
Klub rəhbərliyi də 24 yaşlı futbolçunun göstərdiyi oyun səviyyəsindən və Harri Keynə istirahət verildiyi matçlarda verdiyi töhfədən razıdır. Futbolçunun gələcəyi ilə bağlı yekun qərarın mövsümün sonunda veriləcəyi bildirilir.
Qeyd edək ki, “Bavariya” Nikola Ceksonu 2025-ci ilin yayında “Çelsi”dən icarəyə götürüb. Futbolçunun transfer hüquqlarının satınalma dəyəri təxminən 65 milyon avro təşkil edir.