22 aprel 2026. Çərşənbə

Tçuameni “Mançester Yunayted”in transfer hədəfinə çevrilib


  • Transfer
  • 23:58 21.04.2026
  • Oxunma sayı: 12
Tçuameni “Mançester Yunayted”in transfer hədəfinə çevrilib

Madrid “Real”ının dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni “Mançester Yunayted”in transfer siyahısında yüksək yer tutur.

90deqiqe.Az-ın “The Telegraph”a istinadən məlumatına görə “qırmızı şeytanlar” 26 yaşlı futbolçunu mövsümün sonunda klubdan ayrılması gözlənilən Kazemironun əvəzedicisi kimi görür. 

Bildirilir ki, İngiltərə klubu yay transfer dövründə yüksək səviyyəli yeni dayaq yarımmüdafiəçisi transfer etməyi planlaşdırır.

Eyni zamanda qeyd olunur ki, Tçuameninin “Real”dakı gələcəyi klubun yeni yarımmüdafiəçi transfer edib-etməyəcəyindən və maliyyə balansı üçün hansı oyunçunu satmalı olacağından asılı ola bilər.

Cari mövsümdə fransız futbolçu 44 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalına əsasən futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro