22 aprel 2026. Çərşənbə

"Başakşəhər" onun transfer hüquqlarını aldı


  • Transfer
  • 21:27 22.04.2026
  • Oxunma sayı: 43
"Başakşəhər" onun transfer hüquqlarını aldı

İtaliyanın “Roma” klubu hücumçu Eldor Şomurodovnu Türkiyənin “İstanbul Başakşəhər” komandasına transfer edib.

90deqiqe.Az-ın məlumatına görə, 2025-ci ilin yayında "canavarlar" 30 yaşlı futbolçusunu Türkiyə klubuna satınalma şərti ilə icarəyə vermişdi. Müqavilədə nəzərdə tutulan şərtlər yerinə yetirildikdən sonra İstanbul təmsilçisi futbolçunun transfer hüquqlarını 2,8 milyon avroya tam şəkildə alıb.

Özbəkistan millisinin üzvü ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. “Roma” isə gələcəkdə baş tutacaq mümkün satışdan 10 faiz pay əldə edəcək.

Şomurodov Türkiyə çempionatında 30 oyunda 18 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl “Rostov” və digər klublarda çıxış etmiş futbolçu hazırda liqanın bombardirlər siyahısında ikinci yerdə qərarlaşıb.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı