22 aprel 2026. Çərşənbə

Alisson üçün İtaliya variantı


  • Transfer
  • 21:58 22.04.2026
  • Oxunma sayı: 44
Alisson üçün İtaliya variantı

"Liverpul” klubunun qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, buna səbəb “Yuventus” klubunun ona maraq göstərməsidir. Lakin futbolçu  qayıtmaq ehtimalına qarşı olmasa da uzun illər çıxış etdiyi “Liverpul” klubuna böyük hörmətlə yanaşır. Bu səbəbdən yaxın zamanda tərəflər arasında mümkün keçidlə bağlı danışıqların aparılması gözlənilir.

Xatırladaq ki, braziliyalı qapıçı 2016–2018-ci illərdə “Roma” klubunda çıxış edib, daha sonra isə İngiltərə klubuna keçid edib. Hazırda 33 yaşı olan futbolçu mövsümün sonuna yaxın zədə alıb.

Bundan əvvəl yayılan xəbərlərdə qeyd olunurdu ki, “Yuventus” İngiltərə yüksək liqasında böyük təcrübəyə malik daha bir ulduz qapıçı ilə də maraqlanır.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı