- Transfer
- 23:43 22.04.2026
Qapıçı Ceyms Trafford cari mövsüm başa çatdıqdan sonra “Mançester Siti”dən ayrıla bilər.
90deqiqe.Az-ın “Goal”a istinadən məlumatına görə, qolkiperin xidmətində “Liverpul” və “Çelsi” klubları maraqlıdır.
Futbolçunun özü də daha çox oyun praktikası qazanmaq istədiyi üçün Mançester təmsilçisindən ayrılmağa hazırdır. Belə ki, “şəhərlilər”in əsas qapıçısı Canluici Donnarummadır.
Ceyms Trafford 2025-ci ildə “Bernli”dən “Mançester Siti”yə 31 milyon avro qarşılığında keçid edib. Onun klubla müqaviləsi 30 iyun 2030-cu ilə qədər qüvvədədir.
Cari mövsümdə qapıçı bütün yarışlarda 14 oyuna çıxıb, 10 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb. Futbolçunun dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.