1 oktyabr 2026. Cümə axşamı

Vlahoviç “Bavariya”nın hədəfində


  • Transfer
  • 22:31 22.04.2026
  • Oxunma sayı: 272
Vlahoviç “Bavariya”nın hədəfində

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə, futbolçunun transferində “Bavariya” klubu maraqlıdır. Münhen təmsilçisi serbiyalı forvardın “Yuventus”la 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulan müqaviləni uzatmaması halında onunla müqavilə imzalama variantını nəzərdən keçirir — belə olduğu təqdirdə futbolçu yayda azad agent ola bilər.

“Bavariya” Vlahoviçi Harri Keynin əvəzləyicisi kimi, həmçinin böyük ehtimalla klubu tərk edəcək Nikola Ceksonun yerinə alternativ kimi görür. Ceksonun icarədən sonra “Çelsi”yə qayıtması gözlənilir.

Cari mövsümdə Duşan Vlahoviç “Yuventus”un heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir