23 aprel 2026. Cümə axşamı

Balde “Barselona”dan ayrıla bilər


  • Transfer
  • 22:35 22.04.2026
  • Oxunma sayı: 39
Balde “Barselona”dan ayrıla bilər

“Barselona”nın sol cinah müdafiəçisi Alexandro Balde qarşıdakı transfer pəncərəsində klubu tərk edə bilər.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçuya İngiltərənin “Aston Villa” klubu maraq göstərir və mümkün transferin dəyəri 50 milyon avro kimi qiymətləndirilir.

Kataloniya təmsilçisi bu təklifi qəbul edə bilər. Klub əldə olunacaq vəsaiti əsas transfer hədəfləri olan Alessandro Bastoni və Xulian Alvaresin transferinə yönəltməyi planlaşdırır.

Baldeyə əvəzləyici kimi “Bayer” klubunda çıxış edən Alejandro Qrimaldo nəzərdən keçirilir. Onun transferinin 10–12 milyon avro arasında başa gələ biləcəyi bildirilir. Qrimaldo “Barselona” akademiyasının yetirməsidir, lakin əsas komandada oynamaq şansı qazanmayıb. 30 yaşlı futbolçu Almaniyadan sonra La Liqada oynamaq istədiyini dəfələrlə açıqlayıb.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı