23 aprel 2026. Cümə axşamı

“Runi ilə bağlı qərar mövsümün sonunda veriləcək”


  • Transfer
  • 22:54 22.04.2026
  • Oxunma sayı: 26
“Runi ilə bağlı qərar mövsümün sonunda veriləcək”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın cinah oyunçusu Runi Bardqi haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, " BarçaTimes" alman çalışdırıcının dediklərini belə çatdırıb.

“Runi fantastik futbolçudur. O, dünyanın ən yaxşı oyunçuları ilə bir yerdə çıxış edir və çox şey öyrənib. Mən ona bildirdim ki, mövsüm bitdikdən sonra onun gələcəyi barədə danışacağıq, çünki indi bunun üçün uyğun vaxt deyil”

Bundan əvvəl xarici mediada “Barselona”nın isveçli hücumçunu icarəyə verməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı.

 20 yaşlı futbolçu ötən yay “Kopenhagen”dən “Barselona”ya transfer olunub. O, kataloniya klubunun heyətində bütün turnirlərdə 23 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı