23 aprel 2026. Cümə axşamı

Silvanı 3 nəhəng klub transfer etmək istəyir


  • Transfer
  • 23:25 22.04.2026
  • Oxunma sayı: 24
Silvanı 3 nəhəng klub transfer etmək istəyir

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva mövsümün sonunda klubdan ayrılacağını əvvəlcədən rəsmən açıqlayıb.

90deqiqe.Az-ın “ESPN”ə istinadən məlumatına görə, futbolçunun transferi uğrunda “Arsenal” da mübarizəyə qoşulub. Bundan əlavə, 31 yaşlı oyunçuya “Barselona” və “Yuventus” da maraq göstərir.

Sözügedən klublar artıq futbolçunun agenti ilə ilkin danışıqlara başlayıblar.

Bernardo Silva 2017-ci ildə “Monako”dan “Mançester Siti”yə 50 milyon avro qarşılığında transfer olunub. O, “şəhərlilər”in heyətində bütün turnirlərdə 452 oyuna çıxıb, 76 qol vurub və 77 məhsuldar ötürmə edib.

Portuqaliyalı futbolçu “Mançester Siti” ilə 6 dəfə İngiltərə Premyer Liqasının, 5 dəfə Liqa Kubokunun, 3 dəfə İngiltərə Superkubokunun, 2 dəfə İngiltərə Kubokunun, həmçinin 1 dəfə Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı