23 aprel 2026. Cümə axşamı

"Mançester Yunayted" Naqelsmannla bağlı qərar verdi


  • Transfer
  • 23:43 22.04.2026
  • Oxunma sayı: 54
"Mançester Yunayted" Naqelsmannla bağlı qərar verdi

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannın “Mançester Yunayted”i çalışdırma ehtimalı zəifləyib.

90deqiqe.Az-ın “talkSPORT”a istinadən məlumatına görə, belə ki, klub rəhbərliyi alman mütəxəssisin “qırmızı şeytanlar”ı çalışdırma ehtimalını ciddi hesab etmir. Hazırda o, klubun baş məşqçi postu üçün real namizəd kimi dəyərləndirilmir.

Bunun əsas səbəblərindən biri Naqelsmannın Dünya çempionatı başa çatana qədər işə başlaya bilməməsidir. Klub rəhbərliyi isə onun iyul ayını gözləməsini istəmir.

Hazırda “Mançester Yunayted” İngiltərə çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Komandaya yanvar ayından bəri Maykl Karrik rəhbərlik edir.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı