- Transfer
- 16:55 25.04.2026
"Yuventus" klubunun mərkəz müdafiəçisi Pyer Kalulu karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.Az-ın “TUTTO mercato WEB”ə istinadən məlumatına görə, “qırmızı şeytanlar” 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.
İngiltərə klubu fransalı futbolçunu yaxından izləyir və nümayəndələrini qarşıdakı "Yuventus" – "Milan" matçına göndərəcək.
Eyni zamanda qeyd olunur ki, Kalulunun xidmətində bir neçə top-klubun marağı artdığı üçün Turin təmsilçisi futbolçu ilə yeni müqavilə bağlamağı planlaşdırır.
Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 44 oyunda meydana çıxıb, 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Transferlə bağlı ixtisaslaşmış portal futbolçunun dəyərini 32 milyon avro olaraq qiymətləndirir.