25 aprel 2026. Şənbə

“Milan” iki futbolçusu ilə yollarını ayıra bilər


  • Transfer
  • 16:46 25.04.2026
  • Oxunma sayı: 48
“Milan” iki futbolçusu ilə yollarını ayıra bilər

"Milan" yay transfer pəncərəsində iki futbolçu ilə yollarını ayıra bilər.

90deqiqe.Az-ın “TUTTO mercato WEB”ə istinadən məlumatına görə, “rossoneri” rəhbərliyi mərkəz yarımmüdafiəçisi Ardon Yaşari və hücumçu Kristofer Nkunkunun çıxışından narazıdır və onların transferinə dair təklifləri nəzərdən keçirməyə hazırdır.

İtaliya klubu bu iki futbolçuya ümumilikdə təxminən 80 milyon avro xərcləyib və bu məbləğin geri qaytarılmasını hədəfləyir.

Cari mövsümdə Yashari 13 oyunda meydana çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçrəli futbolçu Luka Modriç və Samuele Ricci ilə rəqabətdə geridə qalıb.

Nkunku isə 30 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.







Transfer