- Transfer
- 18:09 25.04.2026
"Vulverhempton" klubunun yarımmüdafiəçisi Joao Qomes İspaniya La Liqasında çıxış edən top-kluba keçə bilər.
90deqiqe.Az-ın “Talksport”a istinadən məlumatına görə, braziliyalı futbolçunu transfer etmək istəyən klub "Atletiko Madrid"dir. Marid kubu artıq 25 yaşlı futbolçunun agenti ilə ilkin danışıqlara başlayıb.
Potensial transferin məbləğinin təxminən 46 milyon avro olacağı qeyd edilir.
“Matrassniklər” Qomesi baş məşqçi Dieqo Simeonenin sistemində orta xəttin əsas oyunçularından biri kimi görürlər.
Cari mövsümdə 25 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 31 oyunda meydana çıxıb. O, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb, eyni zamanda 9 sarı vərəqə alıb.