- Transfer
- 19:12 25.04.2026
"Mançester Siti" klubunun idman direktoru Uqo Viana baş məşqçi Xosep Qvardiola üçün mümkün əvəzləyicilərin axtarışını davam etdirir və namizədlər siyahısını tədricən azaldır.
90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, Uqo Viananın işi çərçivəsində əsas namizədlər kimi Vensan Kompani və Enzo Mareska ön plana çıxarılıb.
Bununla belə, “Mançester Siti” rəhbərliyi daha çox Mareskaya üstünlük verir. Klub 46 yaşlı mütəxəssisin taktiki yanaşmasını və komandanın futbol fəlsəfəsini yaxşı anlamasını yüksək qiymətləndirir. Həmçinin qeyd olunur ki, Mareskanın "Çelsi" ilə müqavilə öhdəliyi yoxdur. İtaliyalı mütəxəssis 2022–2023-cü illərdə "Mançester Siti"də Qvardiolanın köməkçisi kimi çalışıb.
Qeyd edək ki, ispan mütəxəssisin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Əlavə edək ki, daha əvvəl Qvardiolanın mövsümün sonunda klubdan ayrılacağı ilə bağlı iddialar da yayılmışdı.