- Transfer
- 19:12 25.04.2026
“Real Madrid”in hücumçusu Endrik karyerasını “Arsenal”da davam etdirə bilər.
90deqiqe.Az-ın “Caught Offside”yə istinadən məlumatına görə, "topçular" braziliyalı forvard ilə maraqlanır.
Hazırda London təmsilçisi 19 yaşlı forvardın transferi üçün rəsmi danışıqlara başlamayıb və heç bir təklif göndərməyib. Bununla belə, braziliyalı futbolçu klubun yay transfer siyahısında yer alır.
Hazırda “Lion”da icarə əsasında çıxış edən oyunçunun əsas prioriteti isə “Real”a qayıtmaqdır.
Cari mövsümdə Endrik bütün turnirlərdə 20 oyunda iştirak edib, 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.