- Transfer
- 19:12 25.04.2026
“Sportinq”in sol müdafiəçisi Maksimilian Arauxo karyerasını “Arsenal”da davam etdirə bilər.
90deqiqe.Az-ın “Record”a istinadən məlumatına görə, "topçular" uruqvaylı futbolçu ilə maraqlanır.
Məlumata görə, London klubu 26 yaşlı futbolçunun transferi üçün artıq Portuqaliya təmsilçisi ilə ilkin əlaqələr qurub.
Arauxo 2024-cü ildə “Toluka”dan “Sportinq”ə 13 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsi 30 iyun 2029-cu ilədək qüvvədədir.
Cari mövsümdə uruqvaylı futbolçu bütün turnirlərdə 41 oyunda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 25 milyon avro təşkil edir.