26 aprel 2026. Bazar günü

“Yuventus” Alissonla razılaşdı


  • Transfer
  • 19:24 26.04.2026
  • Oxunma sayı: 68
“Yuventus” Alissonla razılaşdı

“Yuventus” “Liverpul”un qapıçısı Alisson Beker ilə şəxsi müqavilə şərtləri üzrə razılıq əldə edib.

90deqiqe.Az-ın “Calciomercato”ya istinadən məlumatına görə, Turin klubu indi potensial transferin reallaşması üçün mersisayd təmsilçisi ilə danışıqları yekunlaşdırmalıdır.  

Mənbənin bildirdiyinə görə, “qırmızılar” 33 yaşlı qolkiperin keçidi üçün 10-15 milyon avro tələb edir. “Yuventus” isə bu məbləği azaltmağa və ya ümumiyyətlə ödənişsiz keçidə nail olmağa çalışır. Qeyd olunur ki, Alissonun Turin klubuna keçməyə hazır olması “ağ-qaralar”ın xeyrinə işləyən əsas amillərdəndir. Bununla belə, “Liverpul” rəhbərliyinin italiyalıların bu tələbindən narazı qaldığı vurğulanır.

İtaliya nəhəngi braziliyalı qapıçıya mövsüm üçün vergilərdən sonra 5-6 milyon avro maaş olmaqla 2-3 illik müqavilə təklif etməyə hazırdır.

Cari mövsümdə Alisson bütün yarışlarda 34 oyunda meydana çıxıb və bu görüşlərin 13-də qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Onun bazar dəyəri isə 17 milyon avro qiymətləndirilir.







Transfer