26 aprel 2026. Bazar günü

Tonali İtaliyaya qayıtmaq istəyir


  • Transfer
  • 19:54 26.04.2026
  • Oxunma sayı: 48
Tonali İtaliyaya qayıtmaq istəyir

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali karyerasını davam etdirmək üçün əsas variant kimi İtaliyaya qayıdışı nəzərdən keçirir.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, 25 yaşlı futbolçunun ətrafı onun İngiltərə klubundan ayrılma ehtimalını dəyərləndirir. 

Mənbənin bildirdiyinə görə, Tonalinin vətəninə dönmək istəyi onun “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal” və “Çelsi”yə mümkün keçidi üçün əsas maneələrdən biridir. Halbuki, bu klublar futbolçunun xidmətində maraqlıdır.

İtaliyada isə yarımmüdafiəçinin çıxışını “Yuventus”, “İnter” və sabiq komandası “Milan” yaxından izləyir. “Nyukasl”ın mümkün transfer üçün 75 milyon funt sterlinqdən (təxminən 86,2 milyon avro) artıq məbləğ tələb edə biləcəyi qeyd olunur.

Cari mövsümdə Tonali bütün turnirlərdə 50 oyunda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Onun bazar dəyəri isə 80 milyon avro qiymətləndirilir.







Transfer