- Transfer
- 23:58 28.04.2026
“Benfika” klubunun rəhbərliyi Joze Mourinyonu baş məşqçi postunda saxlamaq istəyir, lakin portuqaliyalı mütəxəssis onunla maraqlanan Madrid “Real”ına rəhbərlik etməyə üstünlük verir.
90deqiqe.Az xəbər verir ki, bu arada “kral klubu” daha dörd namizəd baş məşqçi variantını da nəzərdən keçirir. Bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat verib.
O müqaviləyə vaxtından əvvəl xitam verilməsi halında Madrid təmsilçisinin “Benfika”ya 6 milyon avro ödəməsi tələb olunduğunu qeyd edib. Lakin bu məbləğ yalnız may ayının sonuna qədər qüvvədədir. 63 yaşlı mütəxəssisin Lissabon klubu ilə əmək müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Portuqaliyalı məşqçi 2010–2013-cü illərdə Madrid “Real”ına rəhbərlik edib və bu dövrdə üç titul qazanıb. Onun əvvəlki dönəmində komanda La Liqa, Kral Kuboku və İspaniya Superkubokunu əldə edib.