29 aprel 2026. Çərşənbə

"Yuventus" onun üçün danışıqlara başladı


  • Transfer
  • 22:39 28.04.2026
  • Oxunma sayı: 24
"Yuventus" onun üçün danışıqlara başladı

İtaliyanın "Yuventus" klubu Almaniya millisinin və “Ştutqart”ın yarımmüdafiəçisi Anjelo Ştiller ilə müqavilə bağlamaq istiqamətində konkret addımlar atıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Bildirilir ki, "Yuventus" nümayəndələri 25 yaşlı futbolçunun agentləri ilə ilkin görüş keçirərək mümkün transferi müzakirə ediblər.

"Yuventus"un baş məşqçisi Lusiano Spaletti komandanın yarımmüdafiə xəttini gücləndirmək istəyir. O, oyunun tempini idarə edə bilən və hücumların qurulmasında fəal iştirak edən futbolçunu prioritet hədəf kimi görür. Ştiller bu baxımdan uyğun namizəd hesab olunur.

Futbolçunun qiyməti müxtəlif mənbələrdə fərqli göstərilir. “Ştutqart” onun üçün 50–60 milyon avro tələb edə bilər. Lakin müqavilədə 36,5 milyon avro dəyərində sərbəstqalma bəndinin olduğu da qeyd edilir.

"Yuventus"un rəqabəti də güclüdür. Futbolçu ilə İspaniyanın "Real Madrid" klubu və İngiltərənin "Mançester Yunayted" komandası da maraqlanır.

alman yarımmüdafiəçi Bundesliqada çıxış edən ən perspektivli mərkəz oyunçularından biri hesab olunur. O, cari mövsümdə 47 oyunda meydana çıxaraq 2 qol vurub, 10 məhsuldar ötürmə edib və komandasının hücumlarının təşkilində əsas rol oynayıb.







Transfer

Sanço yenidən Dortmund yolunda
  • Transfer
  • 23:31 28.04.2026
Sanço yenidən Dortmund yolunda