29 aprel 2026. Çərşənbə

“Bavariya”nın 16 yaşlı qapıçısı Avropa nəhənglərinin diqqət mərkəzində


  • Transfer
  • 23:14 28.04.2026
  • Oxunma sayı: 37
“Bavariya”nın 16 yaşlı qapıçısı Avropa nəhənglərinin diqqət mərkəzində

"Bavariya" klubunun gənc qapıçısı Leonard Preskott əsas komandada debüt etməyə çox yaxın olub.  

90deqiqe.Az xəbər verir ki, Münhen təmsilçisinin dörd qapıçının zədə alması səbəbindən onun meydana çıxması gündəmə gəlmişdi, lakin Yonass Urbiq zədədən sağaldığı üçün Preskottun debütü təxirə salınıb. Bununla belə, 16 yaşlı qapıçıya Avropanın aparıcı klublarının marağı artıb.

Futbolçu ilə "Çelsi" və İtaliyanın "Yuventus" klubları yaxından maraqlanır. Sözügedən klublar artıq qolkiperin agenti ilə ilkin danışıqlara da başlayıblar.

Qeyd olunur ki, "Bavariya"nın əsas problemi gənc qapıçı ilə 2027-ci ilin ortalarınadək qüvvədə olan müqavilədir. Bu isə digər klubların onu transfer etmə imkanlarını çətinləşdirsə də, tamamilə mümkünsüz etmir.

Preskott hələ çox gəncdir və onun transfer dəyəri barədə “Transfermarkt” portalında rəsmi qiymət göstərilmir.







Transfer

Sanço yenidən Dortmund yolunda
  • Transfer
  • 23:31 28.04.2026
Sanço yenidən Dortmund yolunda