29 aprel 2026. Çərşənbə

Onana “Mançester Yunayted”ə qayıtmaq istəyir


  • Transfer
  • 23:26 28.04.2026
  • Oxunma sayı: 34
Onana “Mançester Yunayted”ə qayıtmaq istəyir

“Trabzonspor” klubunun qapıçısı Andre Onana “Mançester Yunayted”də yenidən şans qazanacağına ümid edir.

90deqiqe.Az-ın “Daily Mail Sport”a istinadən məlumatına görə, icarə müddəti başa çatdıqdan sonra 30 yaşlı qolkiper “Mançester Yunayted”ə qayıtmaq niyyətindədir. Kamerunlu oyunçu, əsas heyətdə yer uğrunda mübarizə aparmaqda qərarlıdır və bu yolda rəqabətə hazırdır.

“Trabzonspor” Onananı ötən ilin sentyabrında icarəyə götürüb. Qapıçı həmin vaxtdan bəri 29 oyunda meydana çıxıb, 37 qol buraxıb və altı görüşdə qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, 2023-cü ildə “Mançester Yunayted” Onananı “İnter” klubundan 50 milyon avroya transfer edib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.







Transfer

Sanço yenidən Dortmund yolunda
  • Transfer
  • 23:31 28.04.2026
Sanço yenidən Dortmund yolunda