29 aprel 2026. Çərşənbə

Kukurelya yenidən “Barselona”nın radarında


  • Transfer
  • 23:29 28.04.2026
  • Oxunma sayı: 29
Kukurelya yenidən “Barselona”nın radarında

“Barselona” heyətini gücləndirməklə bağlı planlar qurur.

90deqiqe.Az-ın “The Touchline"yə istinadən məlumatına görə, Kataloniya klubu “Çelsi”nin futbolçusu Mark Kukurelya ilə maraqlanır.

Bildirilir ki, Kukurelya “Barselona” üçün çox ciddi namizədlərdən biri hesab olunur. İspaniya nəhəngi artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.

Daha əvvəl də mətbuatda “göy-qırmızılar”ın müdafiənin sol cinahı üçün yeni oyunçu transfer etmək istədiyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Mark Kukurelya “Barselona” akademiyasının yetirməsidir. O, əsas komandada cəmi bir oyunda iştirak edib.

Nüfuzlu “Transfermarkt” portalının qiymətləndirməsinə görə, futbolçunun dəyəri 50 milyon avrodur. O, hazırda dünyanın ən bahalı sol cinah müdafiəçiləri siyahısında dördüncü pillədə qərarlaşıb.







Transfer

Sanço yenidən Dortmund yolunda
  • Transfer
  • 23:31 28.04.2026
Sanço yenidən Dortmund yolunda