- Transfer
- 23:58 28.04.2026
Dortmund “Borussiya”sı cinah oyunçusu Ceydon Sançonun geri qaytarılması ilə bağlı razılaşmaya yaxınlaşır.
90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, tərəflər müqavilənin bağlanmasına çox yaxındır, çünki 26 yaşlı futbolçu yayda azad agent statusu alacaq.
Bununla belə, hazırda onu icarə əsasında heyətində saxlayan “Aston Villa” futbolçunu növbəti mövsümdə də komandada saxlamaq niyyətindən əl çəkməyib.
“Aston Villa” Sançonu ötən ilin sentyabrında icarəyə götürüb. O, bu müddət ərzində bütün turnirlərdə 34 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.