- Transfer
- 23:58 28.04.2026
“Liverpul” PSJ-nin cinah hücumçusu İbrahim Mbaye uğrunda mübarizədə öndə gedir.
90deqiqe.Az-ın “Caught Offside"yə istinadən məlumatına görə, 18 yaşlı seneqal əsilli futbolçu kifayət qədər oyun vaxtı almadığı üçün yayda Fransa nəhəngini tərk edə bilər. Mersisayd təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.
Mənbənin bildirdiyinə görə, Mbaye ilə “Mançester Siti”, “Vest Hem” və “Brayton” klubları da maraqlanır.
Cari mövsümdə futbolçu bütün turnirlərdə 28 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Onun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 30 milyon avrodur.