- Transfer
- 23:58 28.04.2026
“Liverpul” “Portu”nun qapıçısı Diogu Kosta ilə maraqlanır və onu Alisson Bekkerin yayda mümkün gedişi halında əsas namizədlər siyahısına daxil edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, mersisayd klubu 26 yaşlı qolkiperə marağını artırıb. Buna səbəb ehtiyat qapıçı Giorgi Mamardaşvilinin bu mövsümdəki çıxışının rəhbərliyi tam qane etməməsidir.
Portuqaliya millisinin üzvü “Liverpul”un nəzərindən keçən yeganə namizəd deyil.
Cari mövsümdə qapıçı bütün turnirlərdə 47 oyunda meydana çıxıb və 24 matçda qapısını toxunulmaz saxlayıb.
Onun “Portu” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt”ın məlumatına görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.