29 aprel 2026. Çərşənbə

Tçuameni “Real Madrid”də qalır


  • Transfer
  • 23:58 28.04.2026
  • Oxunma sayı: 33
Tçuameni “Real Madrid”də qalır

“Real” klubunun dayaq yarımmüdafiəçisi Aurelien Tçuameni yüksək ehtimalla klubla müqaviləsini uzadacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Futbolçunun Madrid klubundan ayrılmaq niyyəti yoxdur və “kral klubu” ona yeni müqavilə təklif etməyə hazırlaşır. Komandanın məşqçilər korpusu Tçuameniyə layihənin vacib hissəsi kimi baxır. Qeyd olunur ki, klub yarımmüdafiəçinin maaşında ciddi artıma da hazırdır.

Cari mövsümdə fransalı futbolçu bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt”ın məlumatına əsasən, futbolçunun bazar dəyəri 75 milyon avrodur.







Transfer

Sanço yenidən Dortmund yolunda
  • Transfer
  • 23:31 28.04.2026
Sanço yenidən Dortmund yolunda