- Transfer
- 00:36 01.05.2026
“Mançester Yunayted” yay transfer pəncərəsində yarımmüdafiəçi Manuel Uqarte ilə yollarını ayırmağı planlaşdırır.
90deqiqe.Az-ın məlumatına görə, uruqvaylı futbolçu dünya çempionatından sonra satışa çıxarılacaq.
“Qırmızı şeytanlar”ın futbolçu üçün təxminən 28 milyon avro tələb edəcəyi gözlənilir. “Transfermarkt” portalı isə onun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Manuel Uqarte 2024-cü ilin avqustunda “PSJ”dən “Mançester Yunayted”ə 50 milyon avro qarşılığında transfer olunub.
25 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 24 oyunda meydana çıxıb, lakin məhsuldar göstərici ilə yadda qalmayıb.