29 aprel 2026. Çərşənbə

“Çelsi”ni Fransa nəhənginə dəyişə bilər


  • Transfer
  • 14:25 29.04.2026
  • Oxunma sayı: 49
“Çelsi”ni Fransa nəhənginə dəyişə bilər

“Çelsi” klubunun yarımmüdafiəçisi Moyses Kaysedo yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Football365” nəşri məlumat yayıb. Bildirilir ki, ekvadorlu futbolçunun transferində Fransa nəhəngi PSJ maraqlıdır.

Lakin Kaysedonun özü Paris klubuna keçmək niyyətində deyil və karyerasını London təmsilçisində davam etdirmək istəyir.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2023-cü ilin avqustundan “Çelsi”nin şərəfini qoruyur. Futbolçunun bazar dəyəri 110 milyon avro olaraq qiymətləndirilir.

Cari mövsümdə İngiltərə Premyer Liqasında 29 oyuna çıxan Kaysedo 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Sanço yenidən Dortmund yolunda
  • Transfer
  • 23:31 28.04.2026
Sanço yenidən Dortmund yolunda