30 aprel 2026. Cümə axşamı

“Benfika” Mourinyo gedərsə Marku Silvanı əsas namizəd kimi görür


  • Transfer
  • 23:57 29.04.2026
  • Oxunma sayı: 29
“Benfika” Mourinyo gedərsə Marku Silvanı əsas namizəd kimi görür

“Fulhem”in baş məşqçisi Marku Silva, Joze Mourinyonun mümkün gedişi halında “Benfika”nın əsas namizədlərindən biri kimi göstərilir.

90deqiqe.Az-ın “Record”a istinadən məlumatına görə, Mourinyo Madrid “Real”ına qayıda bilər və bu halda Lissabon klubu artıq baş məşqçi dəyişikliklərinə hazırlaşır.

Silvanın “Fulhem”lə müqaviləsi mövsümün sonunda başa çatır və bu da onun mümkün transferini asanlaşdıra bilər. Hazırda klublar arasında rəsmi danışıqlar aparılmasa da, “Benfika” onu prioritet variant kimi nəzərdən keçirir.

Daha əvvəl bildirilmişdi ki, “Real Madrid” prezidenti Florentino Peres Mourinyonun yenidən klubda işləməsini istəyir. Portuqaliyalı mütəxəssis 2010–2013-cü illərdə Madrid klubunu çalışdıraraq İspaniya çempionluğu, kubok və superkubok qazanıb.

Hazırda “Benfika” Portuqaliya çempionatında 31 turdan sonra 2-ci pillədə qərarlaşıb və lider “Portu”dan 7 xal geri qalır. Mourinyo isə ötən ilin sentyabrında Lissabon klubunun baş məşqçisi təyin olunub.







Transfer