30 aprel 2026. Cümə axşamı

Didye Deşam “Real”ı çalışdıra bilər


  • Transfer
  • 14:47 30.04.2026
  • Oxunma sayı: 44
Didye Deşam “Real”ı çalışdıra bilər

Fransa millisinin baş məşqçisi Didye Deşam İspaniyanın “Real” klubuna rəhbərlik edə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Madrid təmsilçisinin rəhbərliyi təcrübəli mütəxəssisin işini yüksək qiymətləndirir. Həmçinin “kral klubu”nun heyətində çıxış edən fransalı futbolçular da Deşam barədə müsbət fikirdədirlər.

Bununla belə, təyinatın qarşısında əsas maneə kimi dünya çempionatı göstərilir. Belə ki, klub rəhbərliyi yeni baş məşqçinin 2026-cı il dünya çempionatına qədər təyin olunmasını istəyir.

Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub, 2021-ci ildə isə Millətlər Liqasını qazanıb.







Transfer