- Transfer
- 15:19 30.04.2026
Almaniyanın “Bavariya” klubunun cinah hücumçusu Serj Qnabri yenidən İngiltərə çempionatında çıxış edə bilər.
90deqiqe.Az-ın məlumatına görə, futbolçunun xidmətində bu yay “Arsenal” klubu maraqlıdır. London klubu artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.
Qeyd edək ki, almaniyalı oyunçu 2011–2016-cı illərdə London təmsilçisinə məxsus olub. Lakin bu müddət ərzində o, “topçular”ın heyətində cəmi 18 oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Serj Qnabri 2017-ci ildə “Verder”dən “Bavariya”ya 8 milyon avro qarşılığında transfer olunub. Onun Münhen klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.
Cari mövsümdə Qnabri bütün turnirlər daxil olmaqla 37 oyunda iştirak edib, 10 qol vurub və 11 məhsuldar ötürmə verib.