- Transfer
- 15:19 30.04.2026
“Arsenal”ın hücumçusu Kay Haverts bu yay Bundesliqa’ya qayıda bilər.
90deqiqe.Az-ın məlumatına görə, Londonda çıxış edən klub bu yay forvardı satmağı planlaşdırır. Futbolçuya maraq göstərən “Bavariya” klubu isə Havertsi, mövsümün sonunda “Çelsi”yə qayıdacaq Nikolay Ceksonun yerinə transfer etməyi düşünür. Münhen klubu artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.
Kay Haverts 2023-cü ildə “Çelsi”dən “Arsenal”a 75 milyon avro qarşılığında keçib. Onun Londonda olan müqaviləsi 2028-ci ilin 30 iyununa qədər qüvvədədir.
Cari mövsümdə hücumçu “kanonirlər”in heyətində bütün turnirlərdə 20 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.