- Transfer
- 17:06 30.04.2026
"Çelsi"nin hücumçusu Alexandro Qarnaço karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyi düşünür.
90deqiqe.Az-ın “Central”a istinadən məlumatına görə, argentinalı futbolçuya maraq göstərən klub “Əl-Nəsr”dir. Səudiyyə klubunun rəhbərliyi, “Çelsi”nin satışa açıq olması halında, forvard üçün təklif verməyə hazırdır. “Əl-Nəsr” futbolçunun agenti ilə apardığı danışıqlarda ilkin razılığa gəlib.
Alexandro Qarnaço 2025-ci ildə “Mançester Yunayted”dən “Çelsi”yə 46 milyon avro qarşılığında transfer olub. Onun Londondakı müqaviləsi 2032-ci ilin 30 iyununa qədər qüvvədədir.
Cari mövsümdə hücumçu “Çelsi”nin heyətində bütün turnirlərdə 41 oyunda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib. Transfermarkt portalı Qarnaçonu 40 milyon avroya dəyərləndirir.