1 may 2026. Cümə

“Fənərbağça” Salahı transfer etmək istəyir - futbolçu ildə 20 milyon avro tələb edir


  • Transfer
  • 00:36 01.05.2026
  • Oxunma sayı: 60
“Fənərbağça” Salahı transfer etmək istəyir  - futbolçu ildə 20 milyon avro tələb edir

İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “A Spor” məlumat yayıb. Bildirilir ki, misirli futbolçunun transferində “Fənərbağça” maraqlıdır.

Məlumata görə, İstanbul təmsilçisinin rəhbərliyi artıq futbolçunun nümayəndələri ilə iki dəfə görüş keçirib. Danışıqlarda “Fənərbağça”nı idarə heyətinin üzvü Ertan Torunoğulları təmsil edib.

Tərəflər futbolçu üçün illik 20 milyon avro məvacib tələbini müzakirə ediblər. Həmçinin üçüncü görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunsa da, həmin görüş hələ baş tutmayıb.

Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Lakin futbolçunun mövsümün sonunda İngiltərə klubundan ayrılacağı bildirilir.







Transfer