2 may 2026. Şənbə

Qonçalo Ramos İtaliya nəhənglərinin radarında


  • Transfer
  • 22:28 01.05.2026
  • Oxunma sayı: 32
Qonçalo Ramos İtaliya nəhənglərinin radarında

PSJ-də çıxış edən hücumçu Qonçalo Ramos karyerasını İtaliya çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı hücumçunun xidmətləri "Yuventus" və "Milan" klublarına təklif olunub.

Bildirilir ki, PSJ-də əsas heyət üzvü sayılmayan futbolçu daha çox ehtiyat oyunçular skamyasında yer alır. Onun agenti Jorje Mendeş portuqaliyalı forvard üçün yeni klub axtarışlarını fəallaşdırıb.

Eyni zamanda, futbolçuya "Barselona" və "Nyukasl" klublarının da maraq göstərdiyi iddia olunur.

24 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 41 oyuna çıxaraq 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun bazar dəyəri “Transfermarkt” tərəfindən 35 milyon avro olaraq qiymətləndirilir.







Transfer