2 may 2026. Şənbə

“Mançester Yunayted” Şouya əvəzləyici tapıb


  • Transfer
  • 23:25 01.05.2026
  • Oxunma sayı: 49
“Mançester Yunayted” Şouya əvəzləyici tapıb

“Vest Hem”in sol cinah müdafiəçisi El-Hadji Malik Diuf karyerasını “Mançester Yunayted” klubunda davam etdirə bilər.  

90deqiqe.Az-ın “The Guardian"a istinadən məlumatına görə, İngiltərə nəhəngi yay transferi pəncərəsində seneqallı futbolçunun transfer imkanını nəzərdən keçirir. “Qırmızı şeytanlar” 21 yaşlı futbolçunu Lyuk Şouya əvəzləyici olaraq planlaşdırır. Bildirilir ki, komanda yarımmüdafiə xəttinə transferləri tamamladıqdan sonra müdafiənin sol cinahını gücləndirməyə diqqət ayıracaq.

Cari mövsümdə Diuf bütün turnirlərdə 30 oyunda iştirak edib və beş məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Onun bazar dəyəri 28 milyon avro olaraq qiymətləndirilir.







Transfer