- Transfer
- 23:57 01.05.2026
Almaniyanın “Bavariya” klubu yarımmüdafiəçi Leon Qoretskanın mümkün gedişini nəzərə alaraq ona əvəzləyici axtarmağa başlayıb.
90deqiqe.Az xəbər verir ki, futbolçu yayda komandadan ayrılacaq. Onu əvəz edə biləcək namizədlər arasında “Bavariya”ya məxsus olub hazırda icarə əsasında “Hannover”də çıxış edən 20 yaşlı Noel Azeko Nikili, həmçinin “Herta”nın 16 yaşlı yarımmüdafiəçisi Kennet Ayxhorn yer alır.
Münhen təmsilçisi “Lill”in 18 yaşlı yarımmüdafiəçisi Ayub Buaddiyə marağını yenidən artırıb. Futbolçu daha əvvəl də Almaniya klubuna keçidlə əlaqələndirilirdi.
Qeyd olunur ki, “Bavariya” Buaddi uğrunda yeganə iddiaçı deyil. Onun xidmətində “PSJ”, “Arsenal” və “Mançester Yunayted” də maraqlıdır.
Gənc futbolçu Fransa çempionatında mövsümün ən yaxşı gənc oyunçusu mükafatına namizəd göstərilib. Yaşının az olmasına baxmayaraq, o artıq “Lill”in əsas komandasında 93 oyuna çıxıb, o cümlədən 25 qarşılaşmada avrokuboklarda iştirak edib. Bundan əlavə, Buaddi Fransanın gənclər yığmasının kapitanıdır.