2 may 2026. Şənbə

“Benfika” Mourinyo ilə bağlı qərarını verdi


  • Transfer
  • 23:57 01.05.2026
  • Oxunma sayı: 53
“Benfika” Mourinyo ilə bağlı qərarını verdi

Portuqaliyanın “Benfika” klubu baş məşqçi Joze Mourinyonu heyətdə saxlamağa çalışır. 

90deqiqe.Az-ın “O Jogo"ya istinadən məlumatına görə, bu həftə klub prezidenti Ruy Kosta baş məşqçi ilə görüşərək gələn mövsümün planlarını müzakirə edib.

“Benfika” rəhbərliyi Mourinyo ilə müqaviləni 2028 və ya 2029-cu ilə qədər uzatmaq niyyətindədir. Hazırkı sözləşmə isə 2027-ci ilin yayına qədər qüvvədədir.

Müqavilədə xüsusi bənd də yer alır. Belə ki, mövsümün sonunda 10 gün ərzində 3 milyon avro qarşılığında klubdan ayrılmaq imkanı mövcuddur.

Mütəxəssisə Madrid “Real”ının maraq göstərir.

Qeyd olunur ki, yaranmış vəziyyət fonunda “Real” Mourinyo ilə bağlı qərarı daha operativ şəkildə verməyə məcbur qala bilər.







Transfer