1 oktyabr 2026. Cümə axşamı

Natan Ake üçün “Yuventus” variantı gündəmdə


  • Transfer
  • 23:58 02.05.2026
  • Oxunma sayı: 191
Natan Ake üçün “Yuventus” variantı gündəmdə

“Mançester Siti” klubunun müdafiəçisi Natan Ake karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın “TuttuJuve.com"a istinadən məlumatına görə, futbolçunun ətrafı onun xidmətlərini “Yuventus” klubuna təklif edib.

Məlumata əsasən, niderlandlı müdafiəçinin yayda “Mançester Siti”dən ayrılma ehtimalı yüksəkdir. Turin təmsilçisi qərar verməzdən əvvəl vəziyyəti dəyərləndirəcək. “Şəhərlilər” futbolçunun transferindən 10–15 milyon avro gəlir əldə etmək istəyir, oyunçunun maaşı isə “Yuventus” üçün problem sayılmır.

Natan Ake 2020-ci ildə 45 milyon avro qarşılığında “Bornmut”dan “Mançester Siti”yə transfer olunub. Onun klubla müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Cari mövsümdə müdafiəçi 29 oyunda meydana çıxıb, lakin məhsuldar hərəkətlə yadda qalmayıb.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir