- Transfer
- 22:30 04.05.2026
“Barselona”nın vingeri Rafinya gələcəyi ilə bağlı qərar verib.
90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı klubları ilə adı hallanan braziliyalı futbolçu hazırda klubunu dəyişməkdə maraqlı deyil. O, ən azı gələn yay “Barselona”dan ayrılmaq istəmir.
Kataloniya klubunda da Rafinyanın mövqeyi barədə məlumatlıdırlar. Rəhbərlik vəziyyəti tələsmədən dəyərləndirməyi planlaşdırır və yalnız futbolçu ilə bağlı rəsmi təklif gəldiyi halda məsələni müzakirə edəcək.
29 yaşlı futbolçu “Transfermarkt” portalı tərəfindən 80 milyon avro dəyərində qiymətləndirilir. Cari mövsümdə o, 31 oyunda 19 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.