- Transfer
- 23:56 04.05.2026
“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Maykl Kerrik ilə müqavilənin uzadılmasına müsbət yanaşır.
90deqiqe.Az-ın “MatchDay Central"a istinadən məlumatına görə, klubun direktorlar şurası Kerrikə tam etibar edir və onunla uzunmüddətli əməkdaşlığa hazırdır. Klub daxilində o, yaxşı taktiki bacarığa malik və ünsiyyət qurmağı bacaran mütəxəssis kimi dəyərləndirilir.
Məlumata əsasən, “qırmızı şeytanlar” Kerrikə bağlı uzunmüddətli layihə üzərində düşünür.
44 yaşlı mütəxəssis cari ilin əvvəlində “Mançester Yunayted”ə baş məşqçi təyin olunub və mövsümün sonuna qədər qısamüddətli müqavilə imzalayıb. Onun rəhbərliyi altında komanda vaxtından əvvəl UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib və 2023-cü ildən sonra ilk dəfə turnirdə çıxış edəcək.