- Transfer
- 23:56 04.05.2026
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş Türkiyə çempionatına keçə bilər.
90deqiqe.Az xəbər verir ki, “Qalatasaray” portuqaliyalı futbolçu ilə yenidən maraqlanır.
İstanbul klubu transferin mümkün şərtlərini müzakirə etmək üçün futbolçunun nümayəndələri ilə əlaqə qurmağı planlaşdırır. Lakin “Mançester Yunayted”in UEFA Çempionlar Liqasına vəsiqə qazanması səbəbindən bu keçidin reallaşmasına şübhə ilə yanaşılır.
Fernandeş daha əvvəl də qış transfer pəncərəsində “Qalatasaray”ın gündəmində olub.
Cari mövsümdə “qırmızı şeytanlar”ın kapitanı 34 oyunda 8 qol və 21 məhsuldar ötürmə ilə 29 məhsuldar nəticəyə imza atıb.
Futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.