- Transfer
- 23:36 05.05.2026
PSJ klubunun forvardı Qonsalu Ramuş karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, “Barselona” klubu hücum xəttini gücləndirmək üçün futbolçunu potensial transfer siyahısına əlavə edib.
"Çelsi" klubu hücumçu Joao Pedronun satılmasını istəmədiyini bildirdikdən sonra Kataloniya təmsilçisi alternativ variantlara yönəlib.
Bildirilir ki, Paris klubu ehtiyat oyunçu rolundan narazı qalan 24 yaşlı futbolçunun gedişinə mane olmayacaq. “Barselona” portuqaliyalı hücumçunun transferi uğrunda “Çelsi” ilə rəqabət apara bilər.
Cari mövsümdə Ramuş bütün turnirlərdə 41 oyunda iştirak edib, 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Futbolçunun bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.