- Transfer
- 23:41 05.05.2026
“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol karyerasını “Real”da davam etdirə bilər.
90deqiqe.Az-ın “Jutarnji"ya istinadən məlumatına görə, “kral klubu” bir neçə ildir xorvatiyalı futbolçunu izləyir və onu komandanın müdafiə xəttini gücləndirə biləcək oyunçu kimi görür. İspaniya nəhəngi artıq xorvat futbolçunun agenti ilə ilkin danışıqlarada başlayıb.
Mənbənin bildirdiyinə görə, “şəhərlilər” 24 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir və onunla müddəti 2033-cü ilə qədər olan yeni müqavilə bağlamağa hazırlaşır. Qeyd olunur ki, hazırkı müqaviləyə əsasən, müdafiəçi ildə 12,3 milyon avro qazanır.
Cari mövsümdə Qvardiol bütün turnirlərdə 23 oyunda iştirak edib, iki qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədərdir. Onun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.