6 may 2026. Çərşənbə

"Borussiya Dortmund" "Real"ın hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 23:03 05.05.2026
  • Oxunma sayı: 32
"Borussiya Dortmund" "Real"ın hücumçusunu transfer etmək istəyir

"Real Madrid"in hücumçusu Qonsalo Qarsiya karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın “Diario AS"a istinadən məlumatına görə, "Borussiya Dortmund" gənc hücumçunu transfer etməkdə maraqlıdır. Dortmund təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.

"Blekbern Rovers" bu yay oyunçu üçün 30 milyon avro təklif etməyə hazırdır. Lakin Madrid klubu hücumçusu ilə 60 milyon avrodan aşağı qiymətə ayrılmaq niyyətində deyil.

Qonsalo Qarsiya "Real Madrid"in gənclər sisteminin məhsuludur. Onun "Los Blancos"la müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. Bu mövsüm hücumçu klubun heyətində bütün yarışlarda 35 oyun keçirib, altı qol vurub və üç məhsuldar ötürmə edib. "Transfermarkt" Qarsiyanın dəyərini 30 milyon avro qiymətləndirir.







Transfer