- Transfer
- 23:41 05.05.2026
“Barselona”nın sabiq baş məşqçisi Xavi İngiltərə Premyer Liqasında iş tapa bilər.
90deqiqe.Az-ın “Independent"ə istinadən məlumatına görə, ispan mütəxəssis “Çelsi” klubunun yeni baş məşqçi postuna namizədlər sırasındadır. London təmsilçisi Liam Rosenyordan ayrılmaq qərarından sonra yeni məşqçi axtarışına başlayıb.
Mənbənin yazdığına görə, “Çelsi” rəhbərliyi Xavinin oyun üslubuna xüsusi diqqət yetirir və onun futbol fəlsəfəsinin Enzo Mareskanın komandasının oyun tərzinə bənzədiyini düşünür.
Qeyd edək ki, Xavi 2024-cü ilin yayından işsizdir. O, həmin vaxt “Barselona”dan ayrılıb.
“Çelsi” İngiltərə çempionatında cari mövsümdə 35 turdan sonra 48 xal toplayıb və hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb, Çempionlar Liqası zonasından kənarda qalır.