- Transfer
- 23:41 05.05.2026
“Real Madrid” klubunun baş məşqçi postuna namizədlər siyahısına “Aston Villa”nın çalışdırıcısı Unai Emeri də daxil edilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Bildirilir ki, ispaniyalı mütəxəssis “Aston Villa” ilə uzunmüddətli müqaviləsi olsa da, bəzi mənbələr onun vətənində yeni bir çağırışa maraq göstərə biləcəyini istisna etmir. Həmçinin qeyd olunur ki, “Aston Villa”nın maliyyə məhdudiyyətləri də məşqçinin qərarına təsir edə bilər.
Emeri 2022-ci ildən bəri Birmingem klubuna rəhbərlik edir. O, komandaya gəldikdən sonra yalnız aşağı liqaya düşmə təhlükəsindən xilas etməyib, həm də “Aston Villa”nı qısa müddətdə yeni səviyyəyə yüksəldib.
Onun rəhbərliyi altında “şirlər” avrokuboklardan kənarda qalmayıb. Hazırda komanda Çempionlar Liqasının növbəti mövsümünə vəsiqə qazanmaq uğrunda mübarizədə əlverişli mövqedədir.