- Transfer
- 11:52 06.05.2026
“Brentford” klubunun hücumçusu İqor Tyaqonu hansı məbləğə satmağa hazır olduğu məlum olub.
90deqiqe.Az-ın “ESPN Brasil"a istinadən məlumatına görə, 24 yaşlı futbolçu ilə “Çelsi” maraqlanır. Bildirilir ki, “arılar” artıq “zadəganlar”a braziliyalı hücumçunun transferi üçün 93 milyon avro tələb etdiklərini çatdırıblar. Klubun bu məbləğdə güzəştə getmək və ya hər hansı endirim etmək niyyətində olmadığı vurğulanır.
Cari mövsümdə İqor Tyaqo bütün turnirlər daxil olmaqla 37 oyunda meydana çıxıb, 25 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun “Brentford”la müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Mütəxəssislər onun transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirirlər.