6 may 2026. Çərşənbə

“Arsenal” Reşford üçün hərəkətə keçə bilər


  • Transfer
  • 11:44 06.05.2026
  • Oxunma sayı: 13
“Arsenal” Reşford üçün hərəkətə keçə bilər

“Mançester Yunayted”in icarə əsasında “Barselona”da çıxış edən cinah hücumçusu Markus Reşford karyerasını “Arsenal”da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “topçular” yay transfer dövrü ərəfəsində Reşfordun vəziyyətini diqqətlə izləyir.

İddialara əsasən, “Barselona” futbolçu üçün 30 milyon avro ödəmək istəmir. Lakin “Mançester Yunayted” bu məbləğdə güzəştə getmək niyyətində deyil.

Reşford “göy-qırmızılar”ın heyətində bütün turnirlər daxil olmaqla 46 oyunda meydana çıxıb, 13 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 28 yaşlı hücumçunun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.







Transfer